BAXCP rəsmisi: “Beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın dövlət maraqlarına cavab verir” AÇIQLAMA

“2017 Dünya Skaut Konfransının Azərbaycanda keçirilməsini müsbət dəyərləndirirəm. Skaut Konfransı DSHT-nın idarəedici orqanıdır və bir çox mühüm qərarların verildiyi yerdir. Üzv təşkilatlar Skaut Hərəkatının siyasətini və standartlarını nəzərdən keçirir, Dünya Təşkilatının ümumi siyasətini tərtib edir və Hərəkatın məqsədi üçün lazım olan tədbirləri görür”.

Onun sözlərinə görə, Konfransın bəzi funksiyaları Dünya Skaut Komitəsinin üzvlərini seçmək, yeni üzv ölkələri qəbul etmək və gələcək Dünya Skaut tədbirləri, yəni Dünya Skaut Jamborees, Dünya Skaut Moots, Dünya Skaut Konfransları və Dünya Skaut Gənclər Forumları üçün məkanlar seçməkdir. Konfrans hər üç ildən bir keçirilir. Beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın dövlət maraqlarına cavab verir. Bu yolla həm də Azərbaycan reallıqlarını və torpaqlarımızın işğal altında olduğunu bir daha bütün dünyaya göstərmiş oluruq. Ermənistanın işğalçı siyasət apardığını həmin dövlətlər də görmüş olurlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə