Putin açıqladı: "Rusiyada terrorçulara dəstək verirlər"

"Rusiya sərhədləri yaxınlığında regionlarının sabitliyi pozmaq üçün bir sıra xarici xüsusi xidmət orqanları ekstremist və terrorçu qruplaşmaları birbaşa dəstəkləyir."

"Ölkə.Az" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, bu cəhdlərin məqsədi Rusiyanın inkişafının qarşısını almaq, Rusiya sərhədləri yaxınlığında olan bölgələrdə qarışıqlıq yaratmaqdır.

“Bir sıra xarici xüsusi xidmət orqanları ölkəmizdə daxili siyasi və sosial proseslərə təsir məqsədi ilə işlər görür. Siz də yaxşı bilirsiz ki, həmin xidmət orqanları kimlərə işləyir. Siz yaxşı bilirsiz ki, Rusiya hazırda hansı xarici qüvvələrin hücumları və hansı təhlükələrlə üz-üzədir. Bizim inkişafımızın qarşısını almaq, Rusiyanı zəiflətmək istəyirlər. Terrorçuları ölkəmizə yönəldirlər. Rusiya sərhədlərini pozurlar. Heç kimə sirr deyil ki, bunlar bir sıra ölkələrin kəşfiyyat xidmətlərinin əməllləridir”, - deyə Putin bildirib.

Qeyd edək ki, Rusiyada qeyri-leqal kəşfiyyatla məşğul olan xarici kəşfiyyat xidmətinin “S” idarəsinin yaranmasının 95-ci illiyinə həsr edilmiş tədbir keçirilib. “Rossiya-1” telekanalı ilə yayımlanan həmin tədbirdə Putin və Rusiyanın digər hökumət nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə