Məşhur cütlük Sevgililər günündə nişanlanıb

Keti Perri və Orlanda Blum Sevgililər günündə özlərinə sürpriz ediblər. Xarici KİV-lərin yazdığına görə, cütlük sevgililər günündə nişanlanıb. Müğənni bu xəbəri İnstaqram izləyiciləri ilə bölüşüb. 34 yaşlı Keti 42 yaşlı Orlandoya ərə getməyə hazırlaşdığını bildirib. Üç ildir birlikdə olan sevgililər toyun vaxtını hələ dəqiqləşdirməyiblər. Qeyd edək ki, Orlando bundan əvvəl model Miranda Kerr ilə ailəli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə