Artıq çəki beynimizi kiçildə bilər

Elm adamları, ifrat bədən yağları ilə beyin balacalaşması arasında əlaqənin olduğunu göstərən tapıntılarla qarşılaşıb. SİA-nın İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, Loughborough Universitetində aparılan araşdırma ortalama 55 yaşında olan 9.652 şəxs arasında gerçəkləşdirilib və araşdırmada iştirak edənlərdən 19 faizinin Bədən kütlə indeksinə (BKİ) əsasən kök olduğu ortaya çıxıb.

Məlumatda qeyd olunur ki, MR araşdırmalarının nəticəsi kimi, BKİ-si yüksək olanlar arasında, bel qalınlığı daha artıq olan şəxslərin boz maddə beyin həcminin zəif adamlara nisbətən daha kiçik ölçülərdə olduğu aşkarlanıb.

1.291 şəxs arasında ən kiçik boz maddə beyin həcmi 786 sm3 olaraq ölçülüb. Bədən kütlə indekslərinin normal həddlərdə olduğu qəbul edilən 3.000 şəxsin beyin həcmi isə 798 sm3 çıxıb.

Araşdırma heyətindən olan Mark Hamer bildirib ki, daha əvvəl beyin kiçilməsi ilə hafizə itkisi və ya daha yüksək demans riskini əlaqələndirən araşdırmalar aparılmışdı. Ancaq ifrat bədən yağlarının beyin böyüklüyü ilə bağlantısına dair bir məlumat yox idi: “Araşdırmamız, artıq çəkinin beyin kiçilməsi ilə əlaqəli olabilmə ehtimalını ortaya qoyub”

Hamer onu da qeyd edib ki, artıq çəkinin beyin quruluşunda anormallıqlara yoxsa beyin quruluşundakı anormallıqların artıq çəkiyə yol açıb açmadığı hələlik bilinmir.

Məlumat üçün bildirək ki, boz maddə böyük həcmdə sinir hüceyrələrindən, “ağ maddə” isə sinir liflərindən formalaşır.

Nəticələri “Neurology” elmi jurnalında yayımlanan araşdırma həmçinin, bəyaz maddə həcmində xüsusi bir dəyişikliyin olmadığı da göstərir.

Mirçingiz Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...