Dünyanın ən qədim gözü tapılıb

Tədqiqatçılar Estoniyda yaşı 530 milyon il olan göz qalıqları tapıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, beynəlxalq ekspertlər tərəfindən aparılan araşdırmalara görə, ən qədim gözlər dəniz canlılarının qalıqlarına aid olsa da, bunu arı, cırcırama və digər həşəratlar arasında da tapmaq mümkündür.

Belə ki, tapılan göz qalıqları 541-251 milyon il əvvəl paleooy dövründə dənizdə yaşayan hörümçək nəslinə aiddir.

Tədqiqatçılar onun strukturunu da öyrənərkən məlum olub ki, qədim dövrə məxsus gözün trilobit gözündə 100 ommatidiya aşkarlanıb. Alimlərin fikrinə görə,aşkar olunan göz qalığının görmə qabiliyyəti yüksək səviyyədə olmayıb. Lakin onlar yırtıcıları görə biliblər.

"Bu tapıntı qədim heyvanların yüz milyonlarla il əvvəl dünyanı necə gördüklərini açıqlayır. O dövrdən indiyədək gözlərin strukturu daha da mürəkkəbləşib"- deyə, alimlər açıqlayıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə