Çin ABŞ-dan 300 ədəd təyyarə alacaq

Çin ABŞ-dan 37 mlrd. dollar dəyərində 300 ədəd təyyarə alacaq.

Belə ki, "China Aviation Supplies Holding Company" şirkəti ilə ABŞ-ın "Boeing" şirkətinin imzaladığı kontrakt ABŞ Prezidenti D.Tramp və Çin rəhbəri S.Tsinpinin iştirakı ilə bağlanıb.

Qeyd edək ki, ABŞ prezidentinin Çinə səfəri noyabr ayının 10-a qədər davam edəcək. Səfərin ilk 2 günü ərzində ölkələr arasında 253,4 mlrd. dollarlıq bir sıra ticarət müqavilələri imzalanıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə