Xəbərdarlıq: Bu adamlara qırmızı kürü yemək qadağandır!

Rusiya mətbuatının yazdığına görə, bədəni şişən insanlar, ateroskleroza meylli olanlar, hipertoniya (yüksək təzyiq) və işemik xəstəliyi olanlara qırmızı kürü yemək məsləhət bilinmir. Kürü hazırlanarkən çoxlu duzdan istifadə olunur, bu da böyrəklərin funksiyasının pozulmasına səbəb olur.

Başqa bir ziyan isə onu birlikdə istemal edildiyi ağ çörək və kərə yağından gəlir: kalorisi çox olur. Yəni qırmızı kürülü gözəl kanapelər, buterbrodlar əslində ağır yeməkdir, orqanizmi yükləyir, həzm prosesini korlayır və sağlamlıq üçün təhlükədir.

Qeyd etmək lazımdır ki, son zamanlar bazarda bu ərzağın saxtası geniş yayılıb. Onun hazırlanmasında istifadə olunan və saxlama müddətini artıran konservantlar isə qaraciyərin evini yıxır.

Bütün xəbərlər Facebook səhifəmizdə