Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub

Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub. DİN-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nəqliyyatda Baş Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 144-cü (Adam oğurluğu) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan B.Qəhramani Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində tutularaq ölkəmizə ekstradisiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...