Bərdə və İsmayıllıda ev yanıb

Bərdə və İsmayıllıda yanğın olub. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdənin Xanərəb kəndində ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın və dam örtüyünün yanar konstruksiyaları 36 kv.m sahədə yanıb.

Yüksək temperaturdan eyvanın divarı 12 kv.m sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

İsmayıllının Basqal kəndində isə ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 96 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə