YAP Qaradağ rayon təşkilatının Seçki Qərargahının növbəti toplantısı keçirilib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Seçki Qərargahının növbəti toplantısı keçirilib. SİA-nın xəbərinə görə, toplantıda ölkəmizdə 11 apreldə keçiriləcək prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi üçün qarşıda duran vəzifələr müzakirə olunub. Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Azərbaycan dövləti bu seçkilərin beynəlxalq standartlara uyğun demokratik keçirilməsi üçün lazımi şəraiti yaradıb. Ölkəmizdə seçkiöncəsi durumun sabit olduğunu deyən millət vəkilinin sözlərinə görə, seçkilərə ictimai maraq yüksək səviyyədədir. A.Hüseynov Mərkəzi Seçki Komissiyasının və digər müvafiq seçki komissiyalarının hazırlıq səviyyəsinin, maddi – texniki təchizat vəziyyətinin yüksək olduğunu bildirib. Aydın Hüseynovun fikrincə, seçki məntəqələrinin mütləq əksəriyyətinə veb-kameraların quraşdırılması, müxtəlif yerli və beynəlxalq təşkilatlar tərəfindən "exit-poll"un keçirilməsi, müşahidəçilik institunun inkişafı prosesin tam şəffaf şəkildə baş tutacağına əminlik yaradır. Millət vəkili əlavə edib ki, Azərbaycan dövləti seçkilərin demokratik təşkili sahəsində zəngin təcrübəyə, çox mütərəqqi və beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik bazasına malikdir: "Bütün bunlar isə nəticə etibarilə prezident seçkilərinin yüksək səviyyədə həyata keçiriləcəyini söyləməyə ciddi əsaslar yaradır".

Daha sonra toplantıda prezident seçkilərinin növbəti mərhələlərində qərargah üzvlərinin görəcəyi işlərlə bağlı suallar cavablandırılıb, proseslə bağlı ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...