Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq XƏBƏRDARLIQ
Dövlət İmtahan Mərkəzi (DİM) vətəndaşlara müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, eləcə də digər imtahanlarla bağlı qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən məlumata görə, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarına da rast gəlinir.
Ötən illərin statistikasına nəzər saldıqda, imtahanlarda aşağıdakı qayda pozuntularının daha çox təkrar olunduğunu müşahidə edə bilərik: "Bu pozuntular imtahana mobil telefonla daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi ilə bağlıdır. Məlumdur ki, hər bir imtahan nəticəsi elan olunarkən DİM tərəfindən imtahanda baş vermiş qayda pozuntuları haqqında da məlumat verilir və imtahanlardan xaric olunmuş abituriyentlərin sayı göstərilir, onların nəticələrinin ləğv olunması elan edilir. Bu qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahanda iştirak etməli olan şəxsin əvəzinə başqa birinin imtahan verməsi və ya ona cəhd etməsidir. Bu tələbə qəbulu qaydalarında da öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4-cü bəndində abituriyentin yol verməsi qadağan olunan hərəkətlər müəyyən edilmişdir. Bu hərəkətlərdən biri məhz saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərməkdir".
Məlumatda bildirilib ki, bütün bunlara qarşı Dövlət İmtahan Mərkəzi digər əlaqədar qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirir: "Hələ ötən il Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahan zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınmışdır. O zaman müəyyən olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir".
DİM qeyd edir ki, prosesin davamı olaraq 15 noyabr 2019-cu ildə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb və müvafiq qərar qəbul edilib. Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı və Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir.
Belə əməllər eyni zamanda inkişaf edən müasir cəmiyyət üçün faydalı mütəxəssislərin hazırlanması prosesinə maneçilik yaradır, dövlət tərəfindən təmin edilən sosial ədalət prinsipinə və elmi dəyərlərə olan etimadı şübhə altına alır. Halbuki, təşkil edilən imtahanların məqsədi abituriyentlərin bilik səviyyəsini müəyyən etməklə onların əldə etdikləri nəticəyə uyğun olaraq sıralanması və müvafiq ali və ya orta ixtisas təhsili müəssisələrində yerləşdirilməsidir:
"Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
12 yeni etalon laboratoriyası yaradılacaq - FOTOLAR
İqtisadiyyat 12:07“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTOLAR
İqtisadiyyat 12:00Şirvanda narkotikə görə 6 nəfər həbs edilib - FOTO
Hadisə 11:57FHN Lənkəranda təlim keçirib - FOTOLAR
Hadisə 11:42Dr.Kənan Əsədov kursda iştirak edib
Səhiyyə 11:34Kapital Bank ilk işgüzar səfərdə iştirak etdi
İqtisadiyyat 11:20Əməkdaşlığımız möhkəmlənir
Siyasət 11:10Füzulidə 3 otaqlı ev yanıb
Hadisə 11:05Sığortaedənlərin sayı 0,74% artıb
Sosial 11:01Ukraynada sabiq nazir həbs edilib
Dünya 10:47Azərbaycanda general-mayor vəfat edib
Hadisə 10:41Ötən sutka 42 yanğına çıxış olub - FHN
Hadisə 10:41Bakıda evdə meyit tapılıb
Hadisə 10:381000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaq
İqtisadiyyat 10:37Ombudsmanın hesabat hazırlaması təklif edilir
Siyasət 10:35Liftdə köməksiz qalan 1 nəfər xilas edilib
Hadisə 10:18Bu günə olan valyuta məzənnələri
İqtisadiyyat 10:16Qızıl və gümüş yenidən bahalaşıb
İqtisadiyyat 10:12NİİM-dən piyadalara müraciət
Sosial 10:053871 nəfər Çernobıl əlili qeydiyyatdadır
Sosial 09:58Nyu-York birjasında təbii qaz bahalaşıb
İqtisadiyyat 09:36İcma Avropa Parlamentinin qətnaməsini pisləyib
Siyasət 09:31Daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq
İdman 09:22Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:11Yeşilçam ulduzu yol qəzası keçirdi
Şou-Biznes 08:40Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub
Dünya 08:06Bu gün 31 dərəcə isti olacaq - PROQNOZ
Sosial 08:02ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır
Dünya 07:23ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ
Dünya 07:11Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
Sosial 07:06Taylor Svift rekord qırdı
Şou-Biznes 06:3147 yaşlı Şakira şəffaf geyimi ilə heyrətləndirdi - FOTO
Şou-Biznes 05:50Blinken çinli həmkarı ilə görüşüb
Dünya 05:42Seneqalda ağır yol qəzasında 13 nəfər ölüb
Dünya 03:53Mahir Emrelidən Hidayət Heydərova HƏDİYYƏ
İdman 02:20Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib - FOTOLAR
Mədəniyyət 01:54Rostov sakini tövlədən 68 minaatan mərmisi tapıb
Dünya 00:51Rusiyanın uduzacağına inanmağın vaxtıdır..?
Dünya 00:05Kosmik tullantılar Çinin orbital stansiyasına ziyan vurub
Texnologiya 25 Aprel 23:53TRT İspanca rәqәmsal yayım platforması yayıma başlayır
Texnologiya 25 Aprel 23:44Rusiya qılıncoynadanları Olimpiya Oyunlarında iştirak etməyəcəklər
İdman 25 Aprel 23:36Türkiyə prezidentinin Bağdad və Ərbil səfərlərinin təhlili
Dünya 25 Aprel 23:25Qadın doqquz yaşlı ögey qızını döyüb...
Hadisə 25 Aprel 23:14Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib
Dünya 25 Aprel 23:09Rusiya ABŞ-la diplomatik münasibətləri azaldacaq..?
Dünya 25 Aprel 23:04Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb
İdman 25 Aprel 22:54Məhkəmə İvleyevanı ordunu gözdən salmaqda təqsirli bilib
Şou-Biznes 25 Aprel 22:43Ançelotti Kurtuanın son durumunu açıqladı
İdman 25 Aprel 22:34İngilislər husilərin raketini vurub
Dünya 25 Aprel 22:22Özəl xəbərlər
Digər xəbərlər“Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
Siyasət 25 Aprel 18:12Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8227 +0,12%
- GBP 2,1249 +0,26%
- RUB 0,0185 +0,54%