BMT-nin qida hüququ üzrə məruzəçisi ADAU-da olub

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver qida hüququnun təmin edilməsində hökumətin göstərdiyi səyləri araşdırmaq məqsədilə Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Görüşdə universitetin prorektoru, dosent Anar Hətəmov, səfərdən məmnunluğunu bildirərək, universitetin maddi-texniki bazası, təhsil şəraiti, beynəlxalq əlaqələri və layihələri barədə qonaqlara məlumat verib.
Xanım Hilal Elver universitetdə yaradılan şərait, aqrar təhsilin əhəmiyyəti, kənd təsərrüfatının inkişafında özəl sektorun rolun, torpaq üzərində mülkiyyət hüququ, ətraf mühit məsələləri və iqlim dəyişiklikləri, habelə perspektivə ADAU ilə birgə həyata keçiriləcək layihələr barədə danışıb.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...