Müəllim ömrü hər ömürdən ucadır Masallıda tədbir

YAP Masallı Rayon Təşkilatının dəstəyi, Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və Masallı Dövlət Regional Kollecinin iştirakı ilə şəhər Mədəniyyət Mərkəzində 5 Oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Müəllim ömrü hər ömürdən ucadır” tamaşa kompozisiya göstərilmişdir.

Tədbiri kollecin müəllimi, aktyor Cəmaləddin Əliyev açmış, müəllimləri təbrik etmişdir. Masallı Dövlət Regional Kollecininin direktoru Vidadi Nəzərov başçılıq etdiyi kollektivin uğurlarından danışmış, müəllimləri təbrik etmişdir. YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müəllimləri təbrik edərək kollecin direktoru Vidadi Nəzərova 60 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif etmişdir.

“Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, veteran müəllim Soltanağa Cəfərov, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov və başqaları çıxışlarında rayonun pedaqoji ictimaiyyətini təbrik etmişlər.

Masallı Dövlət Regional Kollecinin tələbələri “Müəllim ömrü hər ömürdən ucadır” tamaşa kompozisiya göstərmişlər. Vətənə, gəncliyə, Azərbaycanın üç rəngli Bayrağına, müəllimə, gələcək xoş günlərimizə həsr edilən şeirlər söyləmiş, mahnılar ifa etmişlər.

Kollecin bir qrup fəal tələbəsinə diplomlar təqdim olunmuşdur.

Sonda xatirə şəkli çəkilmişdir.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...