Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi və Beynəlxalq Əməkdaşlıq Deparamentinin birgə təşkilatçılığı ilə növbəti layihəyə start verilir. Universitetdən SİA-ya bildirilib ki, hər həftənin beşinci günü saat 15.00-dan 16.00-dək UNEC Karyera Mərkəzində (əsas bina, otaq 200) təcrübəli moderatorların iştirakı ilə ingilis dili danışıq klubu təşkil ediləcək.

İlk “conversation club” moderator Mugader Vazeri tərəfindən fevralın 22-də təşkil ediləcək.

İştirak ödənişsizdir və sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...