Məktəb direktorları üçün ixtisasartırma proqramları hazırlanır

"Dərs dinləmələri zamanı müəyyən olunub ki, müəllimlər yeniliklərin əleyhinə deyillər. Sadəcə müəllimlər yeniliklərin tətbiqi yollarını səmərəli bilmədikləri üçün onu müvafiq şəkildə həyata keçirmirlər. Belə olan halda müəllimlərin ixtisasartırmasına ehtiyac yaranır". SİA-nın xəbərinə görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Nəzakət Mehdiyeva Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın 5 ili ilə bağlı keçirilən seminarda çıxış edərkən deyib.

O bildirib ki, ölkəmizdə dövlət maliyyə hesabına 2015-2018-ci illərdə ixtisasartırma təlimləri aparılır. Hazırda məktəb direktorları ixtisasartırma proqramlarının hazırlandığını deyən direktor müavini söyləyib ki, hazırda proqram sınaqdan keçirilir.

N.Mehdiyeva qeyd edib ki, proqram üzərində müəyyən düzəlişlər edildikdən sonra geniş şəkildə tətbiqinə başlanacaq: "Əlavə təhsil onun bir qolu olan ixtisasartırma təhsili ali və digər təhsil müəssisələri tərəfindən həyata keçirilir. Onlarla bağlı məsuliyyəti Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzarəti altında həyata keçirilir. İstənilən əlavə təhsil və ixtisasartırma proqramı aktual məsələyə sərf olunmalı və onun tələbatına ehtiyac olduğu təqdim olunmalıdır. Bu təlimlər minimum 36 akademik saatı əhatə etməlidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə