Harvard Qərbi Kaspi Universitetinin professorunun çıxışlarını yayımlayıb

ABŞ-ın Harvard Universiteti Qərbi Kaspi Universitetinin (Western Caspian University) professoru Vəsilə Hacıyevanın siyasi elmlər və fəlsəfə üzrə dünya konqreslərindəki çıxışlarını özünün akademik arxivinə daxil edərək yayımlayıb. https://dash.harvard.edu/handle/1/34391775, https://dash.harvard.edu/handle/1/32211559

Məlumat üçün bildirək ki, bu arxiv Harvard kitabxanasının müasir elektron elmi bazasıdır və Harvardın professor və tədqiqatçılarının mötəbər beynəlxalq akademik rəyçilər tərəfindən təsdiqlənmiş elmi işlərini toplayır. Eyni zamanda universitet bu materialları əlçatan etmək üçün paylaşır, Harvard icmasının, xüsusilə də professor və tədqiqatçılarının e-mail ünvanlarına göndərir. Bu, imkan verir ki, tədqiqatçılar öz sillabuslarında və tədqiqat işlərində həmin mənbələrdən istifadə etsinlər.

Xatırladaq ki, V.Hacıyeva ötən il Harvard Universitetində "Dəyişən regional-qlobal situasiya kontekstində ABŞ-ın Azərbaycan siyasəti” mövzusunda tədqiqatlar aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...