ADNSU professoru beynəlxalq tədbirə qatılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev 2-5 oktyabr tarixlərində L.N.Gumilyov adına Avrasiya Milli Universiteti tərəfindən təşkil olunan Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib. Universitetdən SİA-ya verilən xəbərə görə, professor Araz Əliyev konqres çərçivəsində görkəmli alim, akademik Muxtarbay Otelbayevin 75 illiyinə həsr olunmuş Beynəlxalq konfransın iclasında “On some inequalities connected with the norms of operators of intermediate derivatives” mövzusunda məruzə ilə çıxış edib.

Konqres keçirilən müddətdə Türkdilli ölkələrdən, o cümlədən Rusiya, Böyük Britaniyadan gəlmiş bir çox riyaziyyatçılarla elmi müzakirələr aparılıb, gələcəkdə birgə elmi araşdırmaların aparılması üzrə razılıq əldə olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə