Məleykə Abbaszadə qəbul keçirib

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 18-də dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ağdaş rayonunda vətəndaşları qəbul edim. DİM-dən SİA-ya verilən xəbərə görə, qəbulda Ağdaş rayonunun sakinləri ilə yanaşı Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl Ümummilli lider Heydər Əliyevin rayonun Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzüb.

Görüşdə əsasən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün aparılan elektron ixtisas seçimi, ixtisas seçimi zaman diqqət yetirilməli olan məsələlər, dövlət qulluğuna qəbul və s. işlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M. Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə