Kərə yağı üçün aşağı rüsum həddinin müddəti uzadıldı

Azərbaycana idxal olunan kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar, südlü pastalar üçün aşağı gömrük rüsum həddinin müddəti daha iki il uzadılıb. Baş nazir Əli Əsədov dekabrın 5-də “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsini nəzərdə tutan qərarı imzalayıb.

Qərara əsasən, ölkəyə idxal olunan kərə yağı üçün aşağı rüsum həddinin müddəti 2021-ci il dekabrın 31-dək uzadılıb. Bu addım kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün atılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə