"DB türkmən qazının Avropaya nəqli məsələsini müzakirə etməyə hazırdır"

Dünya Bankı Türkmənistan tərəfi ilə Avropaya təbii qazın tədarükü məsələsini müzakirə etməyə hazırdır. SİA xəbər verir ki, bunu Dünya Bankının baş eksperti “Türkmənistan nefti və qazı – 2019” Beynəlxalq konfransında söyləyib.

Ekspert Türkmənistan qazının Avropaya nəqlinin dəfələrlə müzakirə olunduğunu, lakin heç vaxt konkret nəticələrin əldə edilmədiyini vurğulayıb. Bununla yanaşı, Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması və 2020-ci ildə Cənub Qaz Dəhlizinin tikintisinin başa çatması ilə türkmən qazının Aİ-yə nəqli reallaşa bilər.

Qeyd edək ki, təbii qaz ehtiyatlarının həcminə görə dünyada dördüncü yerdə olan Türkmənistan hasil edilən yanacağın əsas hissəsini Çinə tədarük edir. Bu yaxınlarda Türkmənistan təbii qazının Rusiyaya ixracı bərpa olunub.

Xatırladaq ki, Aşqabadda “Türkmənistan nefti və qazı – 2019 " Beynəlxalq konfransı və sərgisi keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...