Mərkəzi Bank 100 milyon manat cəlb edir

İyulun 15-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. SİA-nın banka istinadla məlumatına görə, hibrid hərracda 100 milyon manat vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,51-8,49 faiz təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə