Fransalı sahibkarların Bakıya səfəri zamanı bir neçə memorandum imzalanacaq

Fransa Sahibkarlar Təşkilatının (MEDEF) prezidenti Jefrua Ru Bezunun başçılıq etdiyi 65 Fransa şirkətinin rəhbərlərindən ibarət nümayəndə heyəti iyulun 10-da Fransa-Azərbaycan Universitetində (UFAZ) olacaq.

Fransanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər zamanı bir neçə sənəd imzalanacaq. O cümlədən UFAZ "Schlumberger" və "Alstom" şirkətləri ilə qarşılıqlı anlaşma memorandumu imzalayacaq, "MEDEF International" ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq. Səfər zamanı Jefrua Ru Bezunun həmçinin Azərbaycan gəncləri ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə