Ötən il Azərbaycandan Türkiyəyə 850 mindən çox turist səfər edib

2018-ci ildə Türkiyəyə 858,5 min Azərbaycan turisti səfər edib ki, bu da 2017-ci illə müqayisədə 12,15 faiz çoxdur. Bu barədə Trend-ə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər. Qeyd olunub ki, ötən il ərzində Türkiyəyə səfər edən turistlərin 2,17 faizini azərbaycanlılar təşkil edib.

Nazirlikdən bildiriblər ki, 2018-ci ilin dekabrında Türkiyəyə 55,6 min Azərbaycan turisti səfər edib (6,38 faiz artım). Dekabrda Türkiyəyə səfər etmiş turistlər arasında azərbaycanlıların payı 2,85 faizə bərabər olub. Ümumilikdə 2018-ci ildə Türkiyəyə 46,1 milyon turist səfər edib ki, bu da 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur. Ölkənin turizmdən gəliri 29,512 milyard dollara bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə