AÇG və “Şahdəniz” layihələrindən əldə edilən gəlir açıqlanıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku üzrə gəlirləri açıqlayıb. ARDNF-dən SİA-ya verilən məlumata görə, AÇG yatağı üzrə 2001-ci ildən bu il avqustun 1-dək əldə olunan ümumi gəlirlər 134 107 mln. dollar olub.

Bu il isə AÇG yatağından 5 621 mln. dollar gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2018 - 01.08.2018 tarixinə) 94 mln. dollar olub.

Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə (2007-ci ildən etibarən) 2 506 mln. dollar (01.08.2018 tarixinə) təşkil edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə