Çinli mtəxəssis “Yaşıl çay” MMC-də ipəkqurdların bəslənməsi ilə tanış olub

İpək qurdlarına qulluq davam edir. “Shandong Ciangtong Eggs” Co.LTD şirkətinin mütəxəssisi Li Qi Liang mayın 20-də ipəkqurdlarının saxlanma şəraiti ilə tanış olmaq üçün respublikamızda səfərdə olub. SİA-nınməlumatına görə, səfər çərçivəsində çinli mütəxəssis “Yaşıl çay” fermer təsərrüfatının kümxanasına baş çəkib. Qurdların bəslənmə şəraiti ilə tanış olub. Lənkəran rayon KTİ-nin rəisi Tofiq Rzayev, Zaqatala rayonundan olan ipəkqurdu üzrə aqronom Nemət Süleymanlı, rayon KTİ-nin əməkdaşları da baxışda iştirak ediblər. Qonaqları qarşılayan təsərrüfatın rəhbəri Araz Yağubov onlara görülən işlər barədə məlumat verib. Bildirib ki, qurdlara müasir Çin və Yapon texnologiyası əsasında yüksək səviyyədə qulluq edilir. Temperatur və rütubət rejimi normalar daxilində saxlanılır. Qurdların yemlənməsi və təmizlik işlərinə ciddi riayət edilir. Hazırda qurdların 4 yaşda olduğunu bildirən Araz Yağubov yüksək keyfiyyətli barama əldə etmək üçün İrandan xüsusi torların gətirildiyini diqqətə çatdırıb.

Çinli mütəxəssis təmsil etdiyi şirkət tərəfindən AR Kənd Təsərrüfatı Nazirliyinə 13 min ədəd qutu barama toxumu verildiyini, hazırda şirkətin mütəxəssisləri tərəfindən ipəkqurdalrın bəslənməsinə nəzarət etdiklərini və lazımi tövsiyyələrini verdiklərini söyləyib. Əlavə edib ki, Lənkəranda, xüsusən də “Yaşıl çay” fermer təsərrüfatında bu sahədə görülən işlər onları yaxşı mənada təəccübləndirib. Burada müasir Çin texnologiyasından bəhrələnməklə qurdlara lazımi qulluq göstərilir. Bu səbəbdəndir ki, təsərrüfatın kümxanasında qurdların hamısı sağlam və eyni ölçüdədir. Bu da yksək məhsul əldə etməyə tam zəmanət verir.

Mütəxəssislər təsərrüfatın tut bağı ilə də tanış olduqdan sonar başqa təsərrüfatlara yola düşüblər.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə