Ehtiyac yaransa 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər

"Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər".

SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, dövlət büdcəsinə yenidən baxılması bu ilin I rübünün nəticələrindən asılı olacaq.

Komitə sədri əlavə edib ki, ehtiyac yaransa, may ayında 2018-ci ilin dövlət büdcəsinə baxıla bilər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə