Avropa Mərkəzi Bankı ilin son toplantısında gözlənildiyi kimi faizlərini dəyişdirmədi. Siyasət faizi (uçot dərəcəsi) sıfırda, depozit faizi mənfi 0.40%-də və marjinal maliyyələşmə faizi də 0.25%-də saxlanıb.

Lazım olararsa monetar təşviqin sentyabr 2018-dən sonraya uzadıla bilinəcəyi qeyd olunub.

Fed rəsmiləri "İqtisadi mənzərə pisləşərsə monetar genişlənmə (istiqraz alışı) məbləğ və müddət olaraq artırıla bilər" ifadəsi istifadə edilib.

Faizlərin uzun müddət mövcud səviyyələrdə davam edəcəyini proqnozlaşdıran bank 2018-ci ilin yanvar ayından sentyabr ayına qədər aylıq 30 milyard avroluq aktiv alışı planlaşdırır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə