“AtaTravel” sitrus bağlarına ekskursiya təşkil edir

19 noyabr tarixində “AtaTravel” MMC Lənkəran Astara mandarin sitrus bağlarına ekskursiya təşkil edir. 1 nəfər üçün qiymət 25 AZN təşkil edir. Qiymətə VİP nəqliyyat, peşəkar bələdçi, səhər yeməyi, limitsiz fotossesiya, hədiyyəli oyunlar və çay süfrəsi daxildir. Tur iştirakçıları Astarada mandarin təsərrüfatı ilə tanış olacaq, eyni zamanda Cənub bölgəsinin incisi sayılan, payızın ən sevimli meyvəsi olan mandarinin ağacdan öz əlləri ilə dərmək imkanı qazanacaqlar. Həmçinin, mandarin ilə yanaşı kivi, kinkan, portağal, limon ağacları da göstəriləcək. Ekskursiyadan Bakıya çatma vaxtı 21.30. olacaq. Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya (050) 245 05 09 mobil telefonuna zəng vurun.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər göstərir.

loading...