Dünyanın ən böyük külək turbinləri inşa olunacaq

Dünyanın ən böyük külək turbinləri Şimal dənizində inşa olunacaq. Böyük Britaniyada ofşor külək elektrik stansiyası inşa etməyi planlaşdıran konsorsium “MHI Vestas” şirkətindən 90 ədəd külək turbini alıb. “MHI Vestas” bu satışın rekord - 9,5 meqavat gücə malik nəhəng turbinlər üçün rəsmi olaraq elan edilən ilk razılaşma olduğunu bildirib.

Şimal dənizində İngiltərə sahillərində inşa ediləcək “Triton Knoll” adı verilən külək parkı layihəsi üzrə investisiya qərarı 2018-ci ildə veriləcək. Bundan sonra isə sahil hissəsinin inşasına başlanılacaq. Dəniz hissəsinin tikintisinə isə 2020-ci ildə başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə