2018-ci il dövlət büdcəsinin layihəsi hökumətə təqdim olunub

"Büdcə sistemi haqqında" qanuna və "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı" Nazirlər Kabinetinin 2017-cı il 25 yanvar tarixli sərəncamına uyğun olaraq 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri sentyabrın 15-də Nazirlər Kabinetinə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə