Əhaliyə göstərilən ödənişli xidmətlər artıb

2017-ci ilin yanvar-avqust ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,6% artaraq 5164,1 mln. manat olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3802,3 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,6%-ni təşkil edib.

Cari ilin yanvar-avqust ayları ərzində hər bir ölkə sakini orta hesabla 531,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 44,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə