Lənkəran Dövlət Dram Teatrı Lerikdə qastrolda olub FOTOLAR

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Lerikdə qastrolda olub. SİA-nın məlumatına görə, teatrın truppası Lerik Rayon Mədəniyyət Mərkəzinin səhnəsində Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının 120 illik yubileyinə töhfə olaraq dövlət sifarişi ilə hazırlanmış ədibin “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə çıxış edib.

Tamaşaçıların maraqla seyr etdiyi bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Səhnə əsərində rolları aktyorlar Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...