MEK-də İxtisaslaşdırılmış fond oxucuların istifadəsinə verilir FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşdırılmış fond mühafizə olunaraq oxucuların istifadəsinə verilir. SİA-nın məlumatına görə, fond 1965-ci ildə görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun təşəbbüsü ilə yaradılıb. Fondda Rasim Kazımovun şəxsi kitab kolleksiyası da xüsusi yer tutur.

Qeyd edək ki, həcmi 14183 nüsxə sənəddən ibarət MEK-in Kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşdırılmış fondunun bütün sənədləri e-kataloqa daxil edilərək oxucuların istifadəsinə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə