Bakıda meksikalı pianoçunun konserti olub

Meksikalı pianoçu Xesus Lepe Riko Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edib. Trend-in məlumatına görə, meksikalı pianoçunun Azərbaycanda çıxışı Meksikanın Beynəlxalq Muğam Mərkəzi və Azərbaycandakı Meksika Səfirliyinin əməkdaşlığı əsasında həyata keçirildi.

Tamaşaçılar Xesus Lepenin ifasında Bax, Bethoven və Şopen kimi məhşur bəstəkarların əsərləri, eyni zamanda Rikardo Kastro və Belisario de Xesus Qarsiya kimi dünya şöhrətli görkəmli meksikalı bəstəkarlarının əsərlərini dinlədilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...