Küveyt nümayəndəsi Azərbaycan xalqına minnətdarlıq etdi

“Azərbaycan zəngin tarixi və mədəni irsi var. UNESCO-nun Bakı sessiyası tarixi mədəni irs nümunələrinizin təbliği və tanıdılması baxımından böyük əhəmiyyətə malikdir”. SİA-nın məlumatına görə, bu sözləri Küveytin UNESCO-dakı səfiri Adam əl-Mulla söyləyib.

Qonaq bildirib ki, tədbir yüksək səviyyədə keçirilib. O, buna görə Azərbaycan hökumətinə, xüsusən də Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib: “Qonaqpərvərliyə və səmimi münasibətinə görə Azərbaycan xalqına minnətdarlığımı bildirəm. Sessiyada Şəki ilə bağlı irs nümunənizin UNESCO-nun Dünya İrs Siyahısına salınması ölkənizin böyük uğurudur”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...