“Keçmişdə gəzinti” - Təqdimat- Fotolar

Bu gün Bakı Kitab Mərkəzində şairə Şahrun Süleymanlının “Keçmişdə gəzinti” şeirlər toplusunun təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə mərkəzin direktoru Günel Rzayeva açaraq Şahrun Süleymanlı haqqında danışıb. Daha sonra Əməkdar jurnalist Yusif Rzayev, şairələr Aydan Xəndan, Nərminə Məmmədzadə və başqaları çıxış edərək, Ş.Süleymanlının yaradıcılığı haqqından söz açıblar.

Tədbirdə müəllifin müxtəlif illərdə yazdığı şeirləri və digər şairlərinin yazdığı əsərlərin tərcümələri səslənib. “Nəsimi” və Xocalı faciəsinə həsr olunmuş “Qara qar gülləri” adlı tamaşalardan videofraqmentlər nümayiş olunub.Tədbirin bədii hissəsində Əməkdar artist İlham Nəzərov, musiqiçilər Qəmərxanım Məmmədova, Vüsal Aydəmirov, Firuzə Nəcəfli, Nərmin Rzayeva və başqalarının ifaları qonaqlara xoş təəssürat yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...