İsrailli kamança ifaçısı Bakıda konsert proqramı ilə çıxış edib

Məşhur musiqiçi, israilli kamança ifaçısı Mark Eliyahu mayın 25-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

SİA xəbər verir ki, konsert “United Cultures” və “124 Studios”in təşkilatçılığı, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin, “The Landmark” otel və biznes mərkəzinin, həmçinin “My Way Travel”in təşəbbüsü ilə reallaşıb.

Mark Eliyahunun konsertdə təqdim etdiyi rəngarəng musiqilər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Anşlaqla keçən konsertdə təqdim olunan musiqilər poetikliyi və zərifliyi ilə dinləyiciləri valeh edib.

Qeyd edək ki, Mark Eliyahunun musiqi nömrələrini ifa etdiyi kamança ona görkəmli kamança ustası Habil Əliyev tərəfindən hədiyyə edilib. Bu günə qədər o, bütün musiqiləri həmin kamançada ifa edir.

Bütün xəbərlər Facebook səhifəmizdə