"O, təkcə rəssam deyil" - Özəl- Açıqlama

Tanınmış rəssam Vədud Müəzzin 1960-cı ildə İranın Ərdəbil şəhərində anadan olub. Rəssamlıq təhsilini Tehran İncəsənət Universitetinin dekorativ incəsənət fakültəsində alıb. Daha sonra Türkiyənin Memar Sinan Universitetində təhsilini davam etdirib. SİA-nın məlumatına görə, rəssam İranın bir çox şəhərləri ilə yanaşı, Avropa ölkələrində, ABŞ və Kanadada fərdi sərgisini təşkil edib.

İranda onun rəsm əsərlərindən ibarət dördcildlik albom-kataloq nəşr edilib. O, rəssamlıqla yanaşı, musiqinin sirlərini də tələbələrinə öyrədir.

Rəssamın Bakıda açılan sərgisi də maraqla qarşılanıb. Bu barədə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov SİA-ya özəl açıqlamaslnda bildirb ki, sərginin açılışı əsl sənət bayramıdır: "Çünki burada həm rəssamlar, həm də musiqiçilər bir araya gəlib. Vəduz təkcə rəssam deyil, həm də gözəl müğənnidir. Biz musiqi ruhlu əsərlərin yer aldığı sərgi ilə tanış olmaq imkanı qazandıq. Belə yaradıcılıq hər kəsə nəsib olmur”.

Bütün xəbərlər Facebook səhifəmizdə