"Kəşfiyyat komandirinin həyatı çox zəngindir" - AÇIQLAMA

“Romanda bəhs olunan mövzular Azərbaycan oxucusu üçün tanış olsa da, “Komandir” əsəri ədəbi mühit üçün tamamilə yeni üslubda qələmə alınıb. Romanda Raquf Orucovu bir çox oxşar kitabların qəhrəmanı kimi pafosla təqdim etməmişəm. Heç təxəyyülü işə salmağa da ehtiyac olmayıb, çünki kəşfiyyat komandirinin həyatı çox zəngindir". Bu sözləri "Komandir" romanının müəllifi, yazıçı Şərif Ağayar deyib.

Yazıçı əlavə edib ki, o, öz ömür yolu və döyüş qəhrəmanlığı ilə peşəkar, ləyaqətli və yenilməz Azərbaycan zabitinin canlı obrazını yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...