Anar Ələkbərov: "Sərgi ölkəmizdə ilk dəfə keçirilir" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində “Zamanında. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi açılıb. Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış nadir avanqard kolleksiyanın açılışı zamanı Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edib.

Bildirib ki, ölkəmizin mədəni həyatında bir çox tədbirlərin keçirilir: "Heydər Əliyev Mərkəzi ənənəvi olaraq bu cür tədbirlərin təşkil edildiyi məkana çevrilib. Burada keçirilən tədbirlər hər zaman yüksək qiymətləndirilir. Bu layihənin üzərində uzun zamandır iş aparılır. Bu sərgi ölkəmizdə ilk dəfə keçirilir. Layihənin reallaşmasında göstərdikləri dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə