Aida Mahmudovaya "YARAT"dan xoş sözlər -TƏBRİK- ÖZƏL

"YARAT" Müasir İncəsənət Mərkəzinın təsisçisi, istedadlı rəssam Aida Mahmudova 10 yanvar tarixində doğulub. SİA-nın məlumatına görə, "YARAT"ın kollektivi bu xoş gündə Aida Mahmudovaya təbrik ünvanlayıb: " Biz Aida xanıma xoşbəxtlik, müvəffəqiyyət və daima yaratmağı arzu edirik".

Qeyd edək ki, "YARAT" Müasir İncəsənət Mərkəzi Qafqazda, Mərkəzi Asiyada və ətraf regionlarda müasir incəsənətin təbliğatı, nkişafı ilə məşğul olan və rəssamlar üçün yaradıcı platforma yaratmaq məqsədi ilə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. "YARAT" 2011-ci ildə təsis olunmuşdur. "YARAT" sərgilər, təhsil proqramları və festivallar təşkil edir. Mərkəz fondlar, qalereyalar və muzeylər daxil olmaqla, yerli və beynəlxalq yaradıcı şəbəkələr arasında əlaqələr qurur.

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...