"Dərk edilməyən bilik" adlı qrup sərgisi açılacaq

Aprelin 25-də “YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında rəssamlar Hiba Farhat (ABŞ/Livan), Klara Co (Almaniya/ABŞ) və Ehtiram Jabinin (Azərbaycan) əsərlərindən ibarət "Dərk edilməyən bilik" (Unthought Known) adlı qrup sərgisi açılacaq. SİA-nın məlumatına görə, "Dərk edilməyən bilik" termini, hər hansı şəxsin fəal şəkildə öyrənmədiyi biliklərin psixoloji konsepsiyasına istinad edir. "Dərk edilməyən" – obyektiv dünyanın təfsiri ilə bağlı əvvəl öyrənilmiş sxem anlamına gəlir. Bu, qavrayışımızı və hərəkətlərimizi qeyri-iradi şəkildə müəyyən edən, əvvəlki təcrübələr, travmalar və ya arzular ilə formalaşa bilər. Sərgidəki əsərlər, qavrayış, biliklər və reallıq konsepsiyalarını sual altına qoyan yaddaş, tarix və dil kimi təkrarlanan strukturları alt-üst edən mövzulara yanaşır.

Sərgi mayın 11-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə