Kino Xidməti İdarəsi 20 Yanvar faciəsinin anım tədbiri keçirib

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə bağlı XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə öncə Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib.

Tədbirdə millət vəkili Aqil Abbas çıxış edərək, 20 Yanvar facisəsi haqda danışıb: "1990-cı il, yanvarıln 19-dan 20-nə keçən gecə Sovet ordusu, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Azadlıq harayını boğmağa çalışanlara qarşı mübarizə aparan bu insanlar canlarınlı Vətən yolunda qurban verərək, Azərbaycanı müstəqilliyinə qovuşdurdu. Bu hadisələri gənclərə danışaraq, onları Vətəni hər an qoruyub, sevmələrini aşılmaq istəyirik. Bu gün Azərbaycan xalqının qürur günüdür".

Mərasimdə 20 Yanvar facisəsində şəhid olan insanların ailələri çıxış edib. Çıxışçılar 20 Yanvar faciəsinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq arzusunun oyanış günü olduğunu qeyd ediblər. Bildirilib ki, həmin gün uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz müstəqilliyi uğrunda qəhrəmanlıq, cəsarət nümayiş etdirdiyi şərəfli tarixdir. Xalqımızın faciədə çəkdiyi iztirablara, verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, bu gün həm hüzn, həm də tariximizin şərəfli səhifəsidir.

Mərasimdə "Savalan" qrupunun rəhbəri xanəndə Novruz Novruzov şəhidlərə həsr olunnmuş mahnılar ifa edib.

Tədbirdə Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman Azərbaycan xalqının qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin hər il ümumxalq hüzn günü kimi qeyd olunduğunu deyib. O, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik olduğunu vurğulayıb. Bildirib ki, on minlərlə insan sovet rejiminin ədalətsiz və riyakar münasibətinə etiraz əlaməti olaraq küçələrə çıxıb, haqq səsini ucaldıb.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş ssenari müəllifi və rejissor Gültəkin Nərimanın "Tarixin acısı-Qan yaddaşımız" adlı sənədli film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə