Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) kiçik səhnəsində “Monotamaşalar paradı” davam edir.

Teatrdan SİA-ya bildirilib ki, ADGTT rəhbərliyinin təklifi ilə başlanan “Monotamaşalar paradı” çərçivəsində bu gün Əməkdar Artist Kəmalə Hüseynovanın Tamara Vəliyevanın “Cəza” əsəri əsasında monotamaşa nümayiş olunacaq.

Yanvarın 16-da aktrisa Küşvər Şərifovanın “Sonsuzluğun sonu”, 17-də isə Əməkdar Artist Nofəl Vəliyevin F.Dostoyevskinin “İdiot” əsəri əsasında hazırlanmış monotamaşalar teatrsevərlərə təqdim edəcəklər.

Qeyd edək ki, bu çərçivədə Əməkdar Artist Lətifə Əliyevanın iştirakı ilə Z.Ziyadoğlunun “Vurğuna vurğun gəlin”, arisa Mehriban Abdullayevanın iştirakı ilə U.Luisin əsəri əsasında “İstədiyim kimi yaşamışam” və Əməkdar Artist Şövqi Hüseynovun “Dəlinin qeydləri” (N.V.Qoqol) monotamaşaları artıq nümayiş edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə