ADGTT-nın "Rəy kitabı"nda tamaşaçı arzuları

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2011-ci ildən “Rəy kitabı” mövcuddur. Bu kitabda müxtəlif təhsil müəssisələrinin müəllim, şagird, valideyn və tələbə kollektivi eləcə də sıravi tamaşaçıların, xarici ölkə vətəndaşlarının rəyləri yer alıb. Rəylər həm uşaq həm də böyük tamaşalarına yazılıb. SİA-nın məlumatına görə, kitabdan ən maraqlı fikir və rəyləri oxucularımızın diqqətinə təqdim edirik.

Tamaşa çox maraqlı idi. Uşaqlar çox bəyəndilər və sevinclərinə sevinc qatıldı. Tamaşanın tərbiyəvi əhəmiyyəti də çoxdur. Aktyorların peşəkarlığına söz ola bilməz. Xidmət yüksək səviyyədə təşkil olunub. Bu cür yüksək səviyyəli tamaşalara görə çox minnətdaram. Dəfələrlə bu teatra tamaşalara baxmağa gəlmişik və çox şadıq ki, seçimimizdə yanılmırıq.

260 saylı orta məktəb. Pərvanə Hacıyeva.

27.05.2017

Bu gün teatrın tamaşasında ilk dəfə oldum. Çox gözəl təəssürat yaratdı. Həm xarici əsərin tərcüməsi həm də müasir uşaqlar üçün adaptasiya olunması təqdirəlayiq idi. Aktyorların peşəkarlığı yüksək səviyyədə idi. GTT-nın kollektivinə yaradıcılıq uğurları arzulayıram.

Psixoloq Quliyeva Pərvin.

27.05.2017

Bu gün qızımla “Çippolino” tamaşasına baxmağa gəlmişəm. Tamaşa çox maraqlı tərtib olunub. Rəngarəngdir. Uşaqlarda böyük maraq doğurur. Kollektivə uğurlar arzulayıram.

Valideyn Həsənova Ülviyyə

23.09.2017

Bu gün qızımla “Çippolina” tamaşasına baxdıq. Tamaşa çox xoşumuza gəldi. Aktyor heyətinə və rejissora minnətdarlığımı bildirirəm. Ümumiyyətlə GTT-da

bütün tamaşalar öz fərqliliyi ilə seçilir. Müdiriyyətə öz təşəkkürümü bildiririəm. Ayrıca əlil uşaqları təmənnasız dəvət etdikləri üçün də təşəkkürümü bildiririəm.

Xatirə Balakişiyeva

23.09.2017

Əziz və dəyərli GTT Kollektivi

Hər şeydən əvvəl sizi və sizinlə bərabər biz, teatrsevərləri teatrınızın 90 illik yubileyi münasibətilə təbrik edirəm. Hər zaman bir-birindən maraqlı tamaşalara hazırlayıb böyükləri və rəngarəng uşaq tamaşaları ilə balalarımızı sevindirdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm.

“Çippolino” tamaşası qızımın zövqünü oxşadı. Peşəkar aktyor çıxışı və möhtəşəm dekorasiya, kostyumlar hər zamankı kimi çox gözəldir. Uzun illəri birlikdə keçirmək diləyi ilə...Sizi sevirik , Sevimli teatrımız !

Fidan Süleymanova.

23.09.2017

Əziz və hörmətli GTT-nın kollektivi əvvəla sizi 90-cı mövsümün açılışı münasibətilə təbrik edirəm. Mən özüm neçə illərdir ki, sizin teatra gəlirəm və çox gözəl səhnələşdirilmiş tamaşalarınıza baxıram. Artıq 4 ildir ki, bütün tamaşalarınıza oğlumu da gətirirəm. Bütün yayı oğlum günləri sayıb:” Nə vaxt teatr açılacaq teatra gedək, “Dovşanın ad günü”, “Qoğal”, “Tıq-tıq xanım” və digər tamaşalara baxım deyib. Sizə işlərinizdə uğurlar arzulayıram. Hər zaman mənim və övladlarımın sevimli teatrı olaraq qalasınız. İnşaAllah.

Leyla Qeysqızı.

23.09.2017

Dəyəli və hörmətli GTT –nın kollektivi və rəhbərliyi sizi 90 illik yubileyiniz münasibətilə təbrik edirik. Biz Damla İctimai Birliyi olaraq öz dərin təşəkkürümüzü bildiririk ki, qeydiyyatımızda olan valideyn himayəsindən məhrum uşaqları teatra təmənnasız dəvət edirsiz. Bu dəvətinizlə kollektiv maraqlı və gözəl çıxışları ilə uşaqların üzündə təbəssüm yaradır. Yeni tamaşalarda görüşmək diləyi ilə kollektivinizə uğurlar.

Damla İB-nin nümayəndəsi Umarova Aygün.

30.09.2017

Salam əziz teatr işçiləri və çox hötmətli rəhbərlik. Hal hazırda “Qrinç” tamaşasını izləyirik. Panda Scholl tədris mərkəzinin rəhbərliyi və Aysel müəllimə adından sizə dərin təşəkkürümüzü bildiririk. O qədər canlı və gözəl tamaşa oldu ki, bir anda ixtisasımı dəyişib aktyor və akrtisalarınız kimi peşəkar olmaq istədim. Şagirdlərimiz tamaşada çox əyləndilər. Bütün heyətə gözəl şouya görə təşəkkür edirəm. Çox maraqlı və dinamik tamaşa idi.

Aysel müəllimə. Panda Scholl

28.10.2017

Mən Ağayeva Səidə bir Azərbaycanlı kimi çox sevimirəm ki, bizim dövlətimizdə belə bacarıqlı aktyorlar var və övladlarrımızın dünya görüşünü artıqmaq üçün maraqlı əsərlər səhnələşdirirlər. Bütün kollektivə çox sağ ol deyirəm.

Ağayeva Səidə

28.10.2017

11 saylı İnteqrasiya təlimi internat məktəbinin müəllim və şagird heyəti “Dörd əkiz” tamaşasında olduq. Tamaşanı böyük həvəslə izlədik. Aktyorlar məharətli oyun nümayiş etdirdilər. Teatr daxilində nəzarətçi və qarderob bizə böyük sevgi və qayğı göstərdi. Aktyorların geyimi rəngarəng idi. Tamaşadan və kollektivdən razı qaldıq. GTT-nın rəhbərliyinə və bütün kollektivə təşəkkürümüzü bildirirk.

11 saylı İnteqrasiya təlimli internat məktəbin ibtidai sinif müəllimləri

Əliyeva .A və Cabbarova .S

09.12.2017

Biz ERA məktəbinin kollektivi bu gün “Dörd əkiz” tamaşasına baxdıq. Tamaşa uşaqların çox xoşuna gəldi. Bütün uşaqlar həvəslə izlədilər. Tamaşada iştirak edən aktyorlara minnətdarıq.

ERA tam orta məktəbin müəllimi – Leyla Əliyeva və valideyn Ayğün İsazadə .

09.12.2017

Bütün xəbərlər Facebook səhifəmizdə