Nahid Bağırov: "Bakıya gələn turistlər milli mətbəximizindən razıdırlar" AÇIQLAMA

Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə və turistlərin paytaxtımıza axımından danışıb. SİA-ya açıqlama verən sədr Bakının günbəgün inkişaf etdiyini bildirib: "Azərbaycan artıq ölkələr arasında öz sözünü deyib və bir çox üstün cəhədləri ilə fərqlənməkdədir. Şəhərimiz günbəgün inkişaf edir. Bu faktdır ki, mədəniyyətimizin və turizmin daha da yaxşı inkişaf etməsi üçün Prezident İlham Əliyev, o cümlədən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əllərindən gələni əsirgəmirlər. Xüsusilə qeyd edim ki, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi həm də mədəniyyətimizin tanıdılması və turizmimizin inkişafına xidmət edir. Azərbaycanda baş tutan beynəlxalq sərgilər, festivallar, yarışlar təqdirəlayiq addımdır. Qeyd edim ki, Avropa ölkələri Azərbaycana axın edir. Turistlərin sayı hər gün artır. Bakıya gələn əcnəbilər milli mətbəximizindən, onlara göstərilən diqqətdən razıdırlar. Turistlər artıq öz ölkələrində Bakı haqqında danışaraq, Azərbaycanın zəngin sərvətə, yüksək mədəniyyətə nail olduğunu ifadə edirlər".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə