"Uzun-Huysuz Kosmosda” təqdim olunub FOTOLAR

Heydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə, Keloğlan Masalları Müzikali-2 “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim olunub. SİA-nın məlumatına görə, türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşakar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan Keloğlan Masalları Müzikalinin yeni müzikl-tamaşası uşaqların marağına səbəb olub.

Əyləncəli interaktiv musiqili-tamaşanın sujet xətti bundan ibarət idi. Huysuz və Uzun kəndliləri meydana toplayaraq hamının gözünün qarşısında günəşin işığını söndürür və dünyanın ən dəyərli kitabını özləri ilə başqa bir planetə aparırlar. Bunu görən Keloğlan və dostları Huysuzun sehirli güclərə sahib olmasının başlarına böyük bəla gətirəcəyini düşünürlər. Bununlada, Keloğlan Bilgecan Dedeyə baş verənləri izah edir və həyacanverici məcara başlayır.

Yalnız bir gün və iki seans olan müzikl-tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə bəxş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə