Tariximizin oğurlanmasına nədən susuruq?

Ermənilərin daha doğrusu, xristian qıpçaq türklərinin adını oğurlamış hayların tarixi saxtlaşdırmalarının çox şahidi olmuşuq. Bəlkə də, elə ona görədir ki, artıq son zamanlar hayların bu cür saxtalaşdırma oyunlarını adi hal kimi qəbul edir və səsimizi çıxarmağa belə can atmırıq. Bu bədnam qaraçı tayfasının da istədiyi elə budur. O qədər şər-böhtan və saxtalaşdırma əməlləri törədirlər ki, bizim üçün bu hal adiləşsin və biz də səsimizi çıxarmayaq.

Hərdən düşünməyə məcbur oluruq ki, deyəsən, haylar, bu mənada istəklərinə nail olurlar. İndi mən deyim, baxın görün belə düşünməkdə haqlıyam, ya yox? Avrasiya materikində yaşayan elə bir xalq yoxdur ki, bu qaraçı etnos haqqında, onların bəşəriyyətin ən iyrənc etnosu olması haqqında fikir söyləyən mütəfəkkiri olmasın. Amma mənim ən xoşuma gələn fikir K.Marksın və onun məsləkdaşı F.Engelsin yazdıqlarıdır. Heç bir tarixi olmamasına rəğmən, bu etnosun müxtəlif millətlərin yaratdıqlarını özününküləşdirmə istəyini qeyd edən hər iki mütəfəkkir, ermənilərin, bu baxımdan, xəstə təxəyyüllü olmalarını da vurğulayır. Bizlər bunun dəfələrlə canlı şahidləriyik və bu baxımdan, ən böyük “oğurluq”lara məruz qalan Azərbaycan türkləridir desək, yanılmarıq. Elə bu əməllərinə görə hind-fars ərazilərindən Avropaya, Balkanlara, ordan Filikiyaya, Filikiyadan Ağrı dağı ətəklərinə, nəhayət, son düşərgə yeri kimi qafqazlara qovulan haylar, həmin xəstə təxəyyülündən burda yararlanmağa başladılar və nə yazıqlar ki, xristian dünyasının dəstəyi ilə bizim ərazilərimizdə istəklərinə nail olmağa başladılar. Nəticədə, dünyanı fırlana-fırlana, məhz bizim ərazilərimizdə özlərinə, tarixdə ilk dəfə olaraq, dövlət qurmağa və tarixi abidələrimizi də mənimsəməyə nail oldular. İndi isə, artıq bu ərazilərdə özlərini möhkəmləndirmiş hesab edərək, İran, Türkiyə, Gürcüstan, nəhayət, tarixən Azərbaycan xalqının ulu babalarının yurd yeri olan Dəmir Qapı Dərbənddə tarixi abidələri özününküləşdirməyə başlamışlar. Sən demə, ulu babamız olan Oğuz xaqanın hakimiyyəti altında olan, bütün dünyanın bizim ulu babamız kimi qəbul elədiyi, “Kitabi-Dədəm Qorqud” dastanlarının baş qəhrəmanı olan Dədə Qorqudun uyuduğu Dərbənd də tarixi erməni-hay yurduymuş və burda ən qədim katolik kilsəsini də onların babaları (gorlarına...) inşa ediblərmiş. O boyda Rusiyada da, Dağıstanda da bir vicdanlı adam tapılmadı ki, bunlara tarixi təhrif etməkdə mane olsun. Dərbənddəki həmin abidənin erməni-hay kilsəsi deyil, Alban məbədi olması və türklərə məxsus olması bütün dünyaya məlum olmasına rəğmən, həmin abidəni erməni katolik abidəsi kimi, məhz ermənilərin bərpa etməsinə Rusiyanın və Dağıstanın alimlərinin susması, həm də Rusiya televiziya kanallarında abidənin erməni abidəsi kimi təqdim edilməsi bizi bu cür düşünməyə vadar edir. Doğrudanmı o boyda Rusiyada vicdanı olan bir tarixçi-etnoloq yoxdur ki, tarixin belə kobud təhrifinə səsini qaldırsın? Yaxşı, onlar da vicdanlarını siyasıətə qurban veriblər. Bəs bizim alimlərimiz və mütəxəssislərimiz nədən susur? Dövlət qurumlarını anlamaq çətin deyil. Həmin ərazi indiki halda, başqa dövlətin – Rusiya kimi dünya gücünün ərazisidir. Dövlət səviyyəsində bu fakta reaksiya vermək diplomatik baxımdan müsbət qarşılanmaz və qonşu dövlətin daxili (?) işinə müdaxilə kimi qarşılana bilər. Bəs alimlərimiz, ziyalılarımız, ictimai qurumlar, özünü millət təəssübkeşi kimi gözlərə dürtməyə çalışan siyasi qurumlarımız? Bu, bir həqiqətdir ki, bizlərin səsi eşidilsə də, eşidən qulaqları dartacaq kifayət qədər haypərəst dünya gücləri var. Ancaq belədə, biz gələcək zaman üçün haqqın-ədalətin bərqərar olunacağı dünyada sözümüzü keçirtmək üçün də olsa, səsimizi qaldırmalı deyilikmi? Əminəm ki, o zaman uzaqda deyil. Ya haqqa - ədalətə arxa çevirən bu dünya dağılıb məhv olacaq, ya da bir güc ortaya çıxıb (o gücün ortaya çıxacağı zaman yetişməkdədir) dünyaya ədalət gətirəcək. Bax, o zaman sözümüzün eşidilməsi üçün bu gün susmalı deyilik. Susmayaq ki, ulularımızın yaratdıqları tarixə sahib çıxa bilək, ən azı, şəraitin yetişəcəyi zaman üçün zəmin yarada bilək.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...