Meksikadakı Popokatepetl vulkanında partlayış olub

Meksikadakı Popokatepetl vulkanında son 24 saat ərzində 2, oktyabrın 14-dən isə 13 püskürmə baş verib. SİA xəbər verir ki, Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzinin dərc etdiyi gündəlik hesabata görə, Popocatepetl vulkanında son 24 saatda 2 püskürmə ilə yanaşı, 92 tüstü və kül püskürməsi baş verib. Vulkandan çıxan və havaya qarışan külün küləyin təsiri ilə cənub-şərqə doğru hərəkət etdiyi, Puebla əyalətində yaşayan vətəndaşlara sağlamlıq üçün zərərli ola biləcək kül yağmasına qarşı tədbir görmələri tövsiyə edilib.

Səlahiyyətlilər hər an püskürmə ehtimalı olan vulkanın ağzından ətrafa düşə biləcək daş və çınqıllar səbəbindən vətəndaşların bölgədən uzaq durmalı olduqlarını da bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə