Çilidə güclü zəlzələ baş verib

Çilidə güclü zəlzələ baş verib

Bazar günü Çili sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 215 min nəfər əhalisi olan Konsepsyon şəhərindən 89 km cənub-qərbdə yerləşib. Mənbə 32 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə